SİYASƏT
PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ SEMİNARDA İŞTİRAK EDƏCƏKDİR
Martın 20-dən 22-dək Serbiyanın paytaxtı Belqrad şəhərində NATO Parlament Assambleyasının Rouz-Rould seminarında “Avropada təhlükəsizlik sistemi”mövzusu müzakirə olunacaqdır.
Seminarda iştirak edəcək nümayəndə heyətinin başçısı, Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, NATO Parlament Assambleyasına assosiativ üzv qəbul olunduqdan sonra biz ölkəmizin problemləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni bu beynəlxalq təşkilatda daim qaldırmışıq. Əgər bu seminarda da Cənubi Qafqaza aid məsələyə toxunularsa, nümayəndə heyətimiz məlum münaqişə ilə bağlı məsələnin müzakirə olunmasını təklif edəcəkdir.