SİYASƏT
PARLAMENT SƏDRLƏRİ KİSLOVODSKDA GÖRÜŞƏCƏKLƏR
Qafqaz ölkələri parlamentlərinin sədrləri fevralın 7-də Kislovodskda növbəti görüşə toplaşacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sayca dördüncü olan bu görüş RF Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun təşəbbüsü ilə keçirilir. Parlament sədrləri Qafqaz ölkələrinin qanunvericilik orqanları arasında əlaqələrin inkişafı, regional münaqişələrin həllində parlamentlərin rolu barədə və digər məsələləri müzakirə edəcəklər.
Azərbaycan Milli Məclisin sədri Murtuz Ələsgərovun Rusiya, Gürcüstan və Ermənistanın parlament sədrləri ilə də ayrıca görüşləri də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:44]
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO
- 24.04.2024 [15:05]