SİYASƏT
PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Avropada muzeylərin vəziyyəti, bu sahənin inkişafı və mədəni irsin qorunması məsələləri müzakirə olunacaqdır.
Əli Abbasov, həmçinin, İsveçrədə keçiriləcək İnformasiya cəmiyyəti üzrə beynəlxalq tədbirdə iştirak etmək üçün dekabrın 6-dan 11-dək Cenevrədə səfərdə olacaqdır.
Tədbirdə informasiya texnologiyalarının inkişaf perspektivləri, bu sahə üzrə əməkdaşlığın genişləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılacaqdır.
XXX
Mətbuat xidmətinin digər məlumatında deyilir ki, Milli Məclisin bir qrup deputatı dekabrın 7-də Rusiya Federasiyasının Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi kimi iştirak edəcəkdir.
Bu məqsədlə dekabrın 5-dən 8-dək parlamentin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova, deputatlardan Rauf Qurbanov Sankt-Peterburqda, Cahangir Hüseynov və Mixail Zabelin isə Moskvada səfərdə olacaqlar.
Sankt-Peterburqda Rusiya parlamentinə keçiriləcək seçkiləri deputat Bəxtiyar Əliyev Avropa Şurası Parlament Assambleyasının təmsilçisi kimi, Elton Məmmədov isə MDB Parlamentlərarası Assambleyanın xətti ilə müşahidə edəcəklər.