MƏDƏNİYYƏT


PARODİYA USTALARININ ŞƏXSİ FONDU ZƏNGİNLƏŞDİRİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, unudulmaz parodiya ustalarımız Əli və Şəfiqə Məmmədovların Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki şəxsi fondları xeyli zənginləşdirilmişdir.

Ömürlərinin 50 ildən çoxunu M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində keçirmiş Əli və Şəfiqə Məmmədovların yaradıcılığı haqqındakı sənədlər parodiya səhnə tariximizin unudulmaz səhifələridir.

Tanınmış müğənnimiz Gülağa Məmmədovun qardaşı Əli Məmmədov və onun həyat yoldaşı Ş.Məmmədovanın arxivdəki şəxsi fondları hələ 1980-ci ildə yaradılmışdır. Qarabağ hadisələrinə ürəyi dözməyən və 1995-ci ildə dünyasını dəyişən Əli Məmmədovun 75 yaşını haqlayan həyat yoldaşı bu günlərdə özlərinin şəxsi fondu üçün arxivə 200-dən artıq yeni sənəd təqdim etmişdir. Onların arasında Mirvarid Dilbazi, Niyazi, Məmməd Salmanov, Gülağa Məmmədovla birgə çəkdirilmiş foto-şəkillər, ötən əsrin 50-60-cı illərin afişaları, tamaşa proqramları, ifa etdikləri parodiyaların qısa və məzmunlu mətnləri və sair səhnə parodiya tariximizi öyrənən tədqiqatçılar üçün maraqlı sənədlərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.