İQTİSADİYYAT


“PAŞA Bank” korporativ istiqrazların yerləşdirilməsində uğurlu məsləhət və anderraytinq xidmətləri göstərir

Bakı, 21 avqust (AZƏRTAC). Avqustun 21-də “Embawood” MMC-nin istiqrazlarının Bakı Fond Birjasında ilk dəfə kütləvi təklif üsulu ilə yerləşdirilməsinə həsr edilmiş təqdimat mərasimi keçirilib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən “PAŞA Bank”ın idarə heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımov bankın bu günədək 15-ə yaxın korporativ istiqrazların yerləşdirilməsində şirkətlərə uğurlu məsləhət və anderraytinq xidmətləri göstərdiyini qeyd edib. “PAŞA Bank” və “PAŞA Kapital” bu sahədəki fəaliyyətinə görə dünyanın nüfuzlu maliyyə jurnallarından olan “EMEA Finance” tərəfindən “İlin ən yaxşı investisiya bankı” və “İlin ən yaxşı broker şirkəti” adına layiq görülüb.

Tədbirdə istiqrazları ilk dəfə listinqə daxil edilən “Embawood” şirkəti ilə müvafiq saziş imzalanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.