İQTİSADİYYAT


“PAŞA Həyat” iki sığorta hadisəsinə görə 98 min manat məbləğində birdəfəlik ödənişlər etmişdir

Bakı, 18 fevral (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli iki sığorta ödənişini həyata keçirmişdir.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “PAŞA Həyat”da sığortalanmış iki işçi (iki müxtəlif sığortalı müəssisələrin əməkdaşları) istehsalat zamanı bədbəxt hadisə nəticəsində həyatlarını itirmişdir. Müxtəlif vaxtlarda baş vermiş bədbəxt hadisələrə görə, ümumilikdə, 98,009 min manat həcmində sığorta ödənişi verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.