İQTİSADİYYAT
“PAŞA Həyat” istehsalat zamanı əmək qabiliyyətinin 70 faizini itirmiş şəxsə 34 min manatlıq sığorta ödənişi vermişdir
Bakı, 24 oktyabr (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödənişini həyata keçirmişdir.
Şirkətin marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, “PAŞA Həyat” tərəfindən sığortalı müəssisənin işçisi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətinin 70 faizini itirmişdir.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın müvafiq bəndinə uyğun olaraq, zərərçəkmiş şəxsə “PAŞA Həyat” tərəfindən 33,935 min manat həcmində birdəfəlik ödəniş verilmişdir.