İQTİSADİYYAT


“PAŞA Həyat” istehsalatda baş vermiş iki sığorta hadisəsinə görə 46 min manata yaxın birdəfəlik ödəniş həyata keçirmişdir

Bakı, 26 sentyabr (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli iki ödəniş həyata keçirmişdir.

Şirkətin marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, “PAŞA Həyat” tərəfindən iki sığortalı müəssisənin işçiləri ilə əlaqədar istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ümumilikdə 46 min manata yaxın müvafiq sığorta ödənişi edilmişdir. Belə ki, şirkət tərəfindən istehsalat zamanı vəfat edən şəxsin ailəsinə 13,031 min manat, istehsalat zamanı ciddi xəsarət alaraq əmək qabiliyyətini tam itirən işçiyə 32,944 min manat məbləğində birdəfəlik ödənişlər verilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.