İQTİSADİYYAT
“PAŞA Həyat” media işçiləri üçün ödənişsiz təlimə başlayır
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycanın “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən bu ilin noyabr ayının 21-22-də müxtəlif KİV-lərdə çalışan jurnalistlər üçün (iqtisadiyyat və maliyyə sahəsində yazan) “Sığorta və sığorta mədəniyyəti” mövzusunda ödənişsiz treninq keçiriləcəkdir.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təlimin təşkil edilməsində əsas məqsəd iqtisadiyyat, o cümlədən maliyyə sahəsində məqalələr yazan jurnalistlərin sığorta sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıqlarını daha da artırmaqdır.
Təlimdə iştirak etmək istəyən jurnalistlər noyabrın 18-dək [email protected] elektron ünvanına məktub göndərməklə öz iştiraklarını təsdiq edə bilərlər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.