İQTİSADİYYAT


“PAŞA Holding”in dəstəyi ilə “The International MeetUp” tədbiri keçirilib

Bakı, 22 may, AZƏRTAC

“PAŞA Holding”in dəstəyi ilə “Startup Grind Baku” tərəfindən “The International MeetUp” tədbiri keçirilib. Tədbir dünyanın müxtəlif yerlərindən innovasiya ekosisteminin oyunçularını, ekspertləri və görkəmli startapları bir araya gətirmək, sahibkar olmaq istəyənlərə şəbəkə qurmaq, sənaye ekspertlərindən əvəzolunmaz fikirlər əldə etmək və uğurlu startapların fövqəladə səyahətinin şahidi olmaq imkanı yaratmaq məqsədi daşıyıb.

AZƏRTAC xəbər verir ki, Nizami Kinoteatrında keçirilən və böyük maraqla qarşılanan tədbirə, ümumilikdə, 300-dən çox iştirakçı qatılıb və müxtəlif sahələrdən olan 20 innovativ startapın nümayişinə imkan yaradılıb. Bundan əlavə, tədbirdə məşhurların maraqlı çıxışları, panel sessiyaları, seminarlar və 14 məruzəçidən ibarət qısa müsahibələr təqdim olunub. Tədbirin əsas məqamlarında biri 18 finalçı startapın mükafat uğrunda mübarizə apardığı “Startup Battle” olub. Ciddi seçim prosesindən sonra üç ən yaxşı startap "Codeany", "recepta" və "e-legal" “The International MeetUp” tədbirindəki “Startup Battle” qalibi elan edilib. Qaliblər 2023-cü ilin sentyabrında “Techcrunch Disrupt”da iştirak etmək üçün ABŞ Roadshow-a biletlə yanaşı, tədbirin sponsorlarından qiymətli hədiyyələr və tövsiyələr qazanıblar.

Xatırladaq ki, ötən ilin dekabr ayında “PAŞA Holding”in təşkilatçılığı ilə İllik İnnovasiya Sammiti keçirilib. Tədbirin bilet satışından əldə edilən məbləğin regionlarda innovasiya ekosisteminin inkişafına töhfə vermək məqsədilə istifadəsi nəzərdə tutulub. “The International MeetUp” tədbirinə dəstək bu fəaliyyətlərdən biri idi. İl ərzində “PAŞA Holding”in dəstəyi ilə bu istiqamətdə bir çox digər fəaliyyətlərin də icrası və dəstəyi nəzərdə tutulur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.