İQTİSADİYYAT


“PAŞA Yatırım Bankası”nın istiqrazları listinqə daxil edilib

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Bakı Fond Birjasında (BFB) Türkiyənin “PAŞA Yatırım Bankası” anonim şirkətinin 2 müxtəlif buraxılışlı istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib. Noyabrın 18-də istiqrazların təkrar bazarda ticarətinə başlanılacaq.

BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin olunmamış istiqrazların hər birinin emissiya həcmi 25 milyon dollar, nominal dəyərləri 1000 dollar, faiz ödənişləri müddəti rübdə və ayda bir dəfə, faiz gəlirləri 2,95 faiz, ödəmə tarixləri 2021-ci il sentyabrın 15-i və 2022-ci il aprelin 17-dir.

“PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.