İDMAN
PAUERLİFTİNQ ÜZRƏ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin 10 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər davam edir.
Bu münasibətlə əlil və sağlam idmançılar arasında keçirilən pauerliftinq üzrə “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyətində ölkə çempionatına yekun vurulmuşdur. Müxtəlif idman klubları və cəmiyyətlərindən 80-ə yaxın atletin mübarizə apardığı yarışda Allahverdi Allahverdiyev (60 kq, “Spartak” İC), Yusif Əzizbəyli (75 kq, “Spartak” İC), Zülfüqar Həşimov (90 kq, “Neftci” İSM) və Məhərrəm Əliyev (+90 kq, “Neftçi” İSM) çempion adı qazanmışlar.
Qaliblərə komitənin fəxri diplomu və qiymətli hədiyyələri təqdim olunmuşdur. Dekabrın 23-də isə Sumqayıtda M.Hüseynzadə adına stadionun cüdo zalında əlil və sağlam idmançılar arasında çempionat keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]