REGİONLAR


PAYIZLIQ TAXIL ƏKİNİ DAVAM EDİR

Şamaxı rayonunda taxılçılıqla məşğul olan fermerlər, eləcə də fərdi torpaq sahibləri bu qiymətli bitkinin istehsalı sahəsində son illər uğurlu nəticələr əldə edirlər. Təkcə bu mövsümdə, hava şəraiti ilə bağlı çətinliklərə baxmayaraq, toxum səpilmiş 16660 hektar sahənin 12798 hektarında biçin aparılmış, zəmilərdən 29.052 ton taxıl yığılmışdır. Dəmyə şəraitində hər hektarın məhsuldarlığı 22,7 sentner olmuş, ümumi məhsul 1655 ton artmışdır.

Bu payız bölgədə 17000 hektar sahədə səpin aparılması nəzərdə tutulmuşdur. Rayon icra hakimiyyətindən bildirmişlər ki, hələlik 13.500 hektardan çox sahə şumlanmış, onun 12000 hektarında səpin aparılmışdır. Əkinçilər dəmyə şəraiti üçün daha əlverişli olan “Qılçıqsız”, “Tərtər” buğda və “Naxçıvandəni” arpa sortlarına üstünlük verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.