REGİONLAR


PAYIZ SUVARMASINA HAZIRLIQ GÖRÜLÜR

Goranboy respublikanın su ilə az təmin olunan rayonları sırasındadır. Bunu nəzərə alan rayon subartezian quyularının istismarı idarəsinin kollektivi çalışır ki, rayonda su itkisinə yol verilməsin. Qarabağ kanalından rayonun 4 istiqamətinə kəmərlər vasitəsilə suyun vurulmasını təmin edən melioratorlar, eyni zamanda rayondakı 648 subartezian quyusunun istismarını da ciddi nəzarətdə saxlayırlar. Məhz bunun nəticəsidir ki, əvvəllər sudan korluq çəkən Qızılhacılı, Borsunlu, Safikürd və bir çox başqa kəndlərin sakinləri əkin sahələrini suvarmaqda çətinlik çəkmirlər. Yaz-yay suvarmasını müvəffəqiyyətlə başa vuran kollektiv hazırda payız suvarmasına ciddi hazırlıq işləri görür. Suvarma kanallarında təmizlik işlərinə başlanmış, 25 subartezian quyusunda isə təmir işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.