İQTİSADİYYAT
PAYTAXTA VERİLƏN MAVİ YANACAĞIN HƏCMİ ARTIRILMIŞDIR
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, havaların soyuması ilə əlaqədar Bakı şəhərinə verilən qazın gündəlik həcmi yenidən artırılaraq 11 milyon 430 min kubmetrə çatdırılmışdır. Ötən ay bu rəqəm 9 milyon kubmetr olmuşdu. Zəruri ehtiyac olsa, Bakıya verilən mavi yanacağın həcmini artırmaq imkanı da vardır.
Qeyd edək ki, yeraltı qaz anbarlarına ötən il 1 milyard kubmetrdən çox qaz vurulmuşdur ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir. Mövcud 2 yeraltı qaz anbarının faydalı tutumu isə 1,3 milyard kubmetrdir.
Yeraltı anbarlardan ehtiyat qazın istifadəsinə keçən ilin noyabrından başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:18]
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
- 25.04.2024 [18:40]