ELM VƏ TƏHSİL


PEDAQOGİKA İLƏ BAĞLI KİTAB-TOPLUNUN TƏQDİMATI OLMUŞDUR

Təhsil Problemləri İnstitutunda “Məktəb pedaqogikası sxemlərdə” kitab-toplusunun təqdimatı olmuşdur.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış alim və pedaqoqların, psixoloqların iştirak etdiyi tədbirdə institutun direktoru, texniki elmlər doktoru, professor Abdulla Mehrabov çıxış edərək kitab-toplu barədə geniş məlumat vermişdir.

Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, pedaqoji elmlər doktorları Yəhya Kərimov, Akif Abbasov və başqaları pedaqoji ixtisas verən ali məktəblərdə tədris olunan pedaqogika kursunun daha dərindən mənimsənilməsində toplunun xüsusi əhəmiyyət kəsb edəcəyini vurğulamışlar.

Sonra kitab-toplu ilə bağlı fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.