ELM VƏ TƏHSİL


“PEDAQOJİ ELM VƏ PEDAQOJİ PROSES” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Heydər Əliyev muzey-lektoriyasında “Pedaqoji elm və pedaqoji proses” mövzusunda seminar keçirilmişdir.

Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev seminarı açaraq, belə tədbirlərin gələcəkdə də keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.

Universitetin professoru Nurəddin Kazımov “Pedaqoji elmin tədqiqat sahəsi” mövzusunda məruzəsində pedaqogika elminin bugünkü vəziyyəti, problemləri və alimlərimizin qarşısında duran vəzifələrdən danışmışdır.

Məruzə ətrafında müzakirələrdə çıxış edənlər məktəbin yeni strukturunun formalaşması və dərsliklərin keyfiyyəti məsələlərini ön plana çəkmiş, pedaqogika üzrə ekspert komissiyasının yaradılmasının zəruriliyini vurğulamışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.