İQTİSADİYYAT


PEKİNDƏ XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR

Ölkəmizin Pekindəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlikdə Çində təhsil alan və işləyən azərbaycanlıların iştirakı ilə Xocalı soyqırımının 14-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Səfir Yaşar Əliyev Xocalı faciəsinin başvermə səbəblərindən danışmış, bu hadisənin Azərbaycan xalqına, ümumilikdə, bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu bildirmişdir.

Tədbirdə Xocalıdan olan məcburi köçkünlərin soyqırımın 14-cü ildönümü münasibəti ilə BMT, Avropa Şurası və ATƏT-ə ünvanlanmış müraciəti mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır.

Səfirlik Xocalı soyqırımı ilə əlaqədar hazırladığı məlumatı yerli mətbuata yaymışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.