İDMAN
PEKİN OLİMPİADASININ BÜTÜN OBYEKTLƏRİ 2007-Cİ İLİN SONUNADƏK HAZIR OLACAQ
Onun sözlərinə görə, Çində oyunların yarışları üçün 37, məşqlər üçün 76 obyekt tikilib təhvil veriləcəkdir. Olimpiada üçün 37 stadionun 31-i Pekində, qalanları digər şəhərlərdə olacaqdır.
Pekində Olimpiada düz iki ildən sonra - 2008-ci il avqustun 8-də axşam saat 8-də açılacaqdır. Oyunlar 18 gün davam edəcəkdir. Bağlanış mərasimi avqustun 24-də keçiriləcəkdir.
İTAR-TASS-ın xəbərinə görə, qarşıdakı Olimpiadada rekord sayda ölkə təmsil olunacaqdır. Oyunlara 203 dövlətin nümayəndə heyətləri gələcəkdir.
Xatırladaq ki, Afinada keçirilmiş Olimpiadada 202 ölkənin idmançıları yarışmışdılar. Bu dəfə debütant Marşall adalarının komandası olacaqdır. Ada dövlətin Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə (BOK) bu il qəbul edilmişdir. Çox güman ki, bu ilin mayında Serbiyadan ayrılan Çernoqoriya da yaxın vaxtlarda BOK-a üzv qəbul olunacaqdır.