SİYASƏT
PENTAQON FRANSA İLƏ HƏRBİ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİNİ SƏNGİDİR
İTAR-TASS agentliyinin Amerikada çıxan həftəlik “Difens nyus” jurnalına istinadən xəbərdə deyilir ki, İraq müharibəsinə rəsmi Paris tənqidi münasibət bəslədiyinə görə, Pentaqon Fransa ilə hərbi əməkdaşlıq əlaqələrini səngidir.
ABŞ-ın Müdafiə Nazirliyi İraqdakı əməliyyatlarda ordu çatışmazlığını bəhanə edərək, ABŞ, Fransa və Böyük Britaniya bölmələrinin üçtərəfli hərbi təlim keçəcəkləri barədə əvvəllər verdiyi qərarı ləğv etmişdir. Bununla yanaşı, ABŞ-ın Müdafiə Nazirliyi iyun ayında Parisin yaxılığında yerləşən kiçik Le-Burje şəhərindəki beynəlxalq aviakosmik salonda keçiriləcək uçuşlarda öz təyyarələrinin iştirakını qadağan etmişdir.