İQTİSADİYYAT


PERSPEKTİVLİ “ZƏFƏR-MƏŞƏL” STRUKTURUNDA İLK KƏŞFİYYAT QUYUSU QAZILIR

“Ekson Azərbaycan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli “Zəfər–Məşəl” strukturunda ilk kəşfiyyat quyusunun qazılmağa başlandığını elan etmişdir.

AZƏRTAC-a daxil olmuş məlumata görə, quyunun qazıldığı yerdə suyun dərinliyi 618 metr, quyunun layihə dərinliyi isə 6800 metrdir. Məlumatda deyilir ki, quyu ehtiyat potensialını qiymətləndirməyə və qazma müddətini azaltmağa imkan verən strateji yerdədir.

Quyunu yeni “Lider” üzən yarımdalma qurğusundan (ÜYDQ) istifadə etməklə,Danimarkanın Maersk Contractors şirkəti qazır.

“Ekson Azərbaycan” şirkətinin baş meneceri Dryu Qudbredin sözlərinə görə, “Zəfər-Məşəl” strukturundakı ilk kəşfiyyat quyusunun qazıldığı yer çətin ərazi sayılır. İşlərin təhlükəsizliyini və iqtisadi cəhətdən səmərəliliyini təmin etmək məqsədi ilə optimal qazma planı hazırlamaq üçün xeyli tədqiqat işi aparılmışdır.

“Zəfər-Məşəl” strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. Layihənin iştirakçıları ARDNŞ (50 faiz), EksonMobil (30 faiz - layihənin operatoru), Conoco Philipsdir (20 faiz). Strukturda neft ehtiyatının 140 milyon ton, onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.