“PİRAT” LƏQƏBLİ DÜNYA ÇEMPİONUNUN SİRLİ ÖLÜMÜ

Bir neçə gündür ki, Avropa mətbuatının səhifələrində və televiziya kanallarında fevralın 14-də İtaliyanın kiçik şəhəri Riminidə vəfat etmiş, “Pirat” ləqəbi ilə tanınmış velosipedsürmə üzrə dünya çempionu 34 yaşlı italyan Marko Pantaninin qəfil ölümü barədə bir-birindən fərqli xəbərlər verilir.

İlk dəfə Çiro çempionu və 1998-ci ildə isə “Tur Frans”ın qalibi olmuş M.Pantani fevralın 9-da doğma kəndi Sezenatiko yaxınlığındakı Rimini şəhərindəki mehmanxanaların birinə düşmüş və beş gündən sonra elə həmin mehmanxanada kirayələdiyi otaqda qəfildən vəfat etmişdir. Ölümü ilə Avropanı şok vəziyyətinə salmış dünya şöhrətli idmançının bir məlumatda son günlər depressiya keçirməsi və ürək-damar xəstəliyindən dünyasını dəyişdiyi bildirilir. Digər bir məlumatda isə həddindən artıq narkotik maddə qəbul etməsinin ölümlə nəticələndiyi fikri irəli sürülmüşdür.

İtaliyanın məşhur hakim-mütəxəssisi Guzeppe Fortuni idmançının ölümü barədə jurnalistlərə məlumat verərkən bildirmişdir ki, hadisənin dəqiq başvermə səbəbi haqqında düzgün qənaətə gəlmək üçün hərtərəfli analizlər aparılmalıdır. Buna isə ən azı iki həftə vaxt lazımdır.

Beləliklə, öz qələbələri ilə nəinki italyanların, habelə bütün avropalıların sevimlisinə çevrilmiş Marko Pantaninin ölümünün səbəbi hələlik bir sirr olaraq qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.