PİRHÜSEYN XANƏGAHINDA BƏRPA İŞLƏRİNƏ BAŞLANILMIŞDIR
AzerTAg.az
Mədəniyyət Nazirliyinin tarixi abidələrin qorunması və istifadəsi şöbəsindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Hacıqabul rayonunda Pirsaat çayı üzərindəki XI-XIII əsrə aid Pirhüseyn xanəgahında bərpa işlərinə başlanılmışdır.
Abidədəki qəza vəziyyəti aradan qaldırılmış, kompleksə daxil olan tikililərin tacları, divarları, dam örtükləri bərpa olunmuşdur.
Vaxtilə Pirhüseyn türbəsinin divarlarını bəzəyən kaşılar tədqiqatçılar tərəfindən sökülüb aparılmış və hazırda onların əksəriyyəti Gürcüstan Dövlət Tarix Muzeyində və Ermitajda saxlanılır. Kaşılardakı bəzəklərin və onların tərkib qarışıqlarının öyrənilməsi üçün Mədəniyyət Nazirliyi həmin yerlərə öz mütəxəssislərini ezam etmişdir. Hazırda türbənin bərpa layihəsi hazırlanır.
Xəbərin mətnində orfoqrafik səhv var