DÜNYA


PKK-nın beş üzvü məhv edilib

İstanbul, 1 avqust, AZƏRTAC 

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları ölkənin Şırnak bölgəsində terror aktı törətməyə hazırlaşan beş PKK mənsubunu məhv edib.

AZƏRTAC Türkiyənin rəsmi informasiya mənbələrinə istinadla xəbər verir ki, PKK terrorçularının yeri və hərəkət istiqamətləri pilotsuz aparatlarla müəyyənləşdirilib.

Hakkarinin Yüksekova rayonunda isə PKK tərəfdarlarının əvvəlcədən yola quraşdırdıqları partlayıcının işə salınması nəticəsində Nurcan Karakaya və 11 aylıq körpəsi həlak olub. N.Karakaya övladı ilə birlikdə bölgədə hərbi xidmətdə olan həyat yoldaşına baş çəkməkdən geri qayıdarkən mülki maşında terrorçuların hədəfinə tuş gəlib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.