DÜNYA


PKK terror təşkilatının daha bir təhlükəli üzvü məhv edilib

Ankara, 7 iyun, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri xüsusi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına daha bir sarsıdıcı zərbə vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter sosial şəbəkə hesabından paylaşım edib. Məlumatda bildirilir ki, “Doktor Hüseyin” ləqəbli təhlükəli terrorçu Selman Bozkır Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv olunub.

Qeyd edək ki, PKK/KCK terror təşkilatına 1990-cı illərdə qatılan S.Bozkır terror təşkilatının Avropadakı fəaliyyətini idarə edib. Bildirilir ki, MİT tərəfindən İraqın şimalında yerləşən Mahmur terror düşərgəsinə qarşı yönəldilmiş antiterror əməliyyatında S.Bozkır ilə bərabər daha iki terrorçu məhv edilib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.