DÜNYA
PKK terrorçuları Almaniyada sığınacaq tapırlar
Berlin, 12 noyabr, AZƏRTAC
Almaniyada sığınacaq axtaran Türkiyə vətəndaşlarının yalnız az bir qisminə qaçqın statusu və ölkədə yaşamaq üçün icazə verilir. Bu məlumat “Die Welt” qəzetinin bugünkü nömrəsində Miqrasiya və Qaçqınların İşi üzrə Federal İdarənin məlumatına istinadla yayılıb. Qəzetdə idarənin bəyanatından sitat gətirilərək yazılıb: “Türkiyə vətəndaşlarının sorğuları üzrə müsbət həllərin sayı 2016-cı ilin yanvar ayından sentyabra qədər 6,7 faiz təşkil edir”. 2015-ci ildə kömək üçün müraciət etmiş Türkiyə vətəndaşlarının 14,6 faizi sığınacaq alıb.
Qəzetdə vurğulanıb ki, eyni zamanda, sığınacaq barədə müraciətləri təmin edilməmiş Türkiyə vətəndaşlarının çoxu Almaniyada qalır. 2016-cı ilin birinci yarısında AFR-dən təxminən 100 adam Türkiyəyə deportasiya olunub.
Qeyd edək ki, Almaniyada sığınacaq axtaran türkiyəli vətəndaşların çoxu PKK terror təşkilatında iştirakına görə onları haqlı olaraq təqib edən Türkiyə Femidasından qaçır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]