İQTİSADİYYAT


PLATFORMA MAY AYINDA DƏNİZƏ YOLA SALINACAQ

bp-Azərbaycan şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Azəri - Çıraq - Günəşli” layihəsi çərçivəsində Heydər Əliyev adına Bakı dərin dəniz özülləri zavodunun tikinti-quraşdırma sahəsində indiyədək 6 dayaq bloku və 4 platformanın modulu inşa edilərək dənizə yola salınmışdır. Layihənin tammiqyaslı işlənməsinin sonuncu mərhələsi olan “Faza-3” layihəsi çərçivəsində hasilat, qaz-kompressor və suvurma platformasının dayaq blokunun tikintisi də sona çatdrılmış və qurğu may ayında dənizə yola salınacaqdır. Bundan başqa, platformanın tikintisi başa çatdırılmış üst modulu da sentyabrda dənizə aparılaraq nəzərdə tutulmuş yerdə quraşdırılacaqdır. Adı çəkilən platformada 115 metr hündürlükdə məşəl qülləsi quraşdırılmışdır. Bu ilin birinci rübündə “Əsgəri” gəmisi və “Azərbaycan” kran barjında da lazımi modernləşdirmə işləri sona çatdırılmışdır. Bununla yanaşı, dəniz obyektlərinin quraşdırılmasında mühüm rol oynayan “İsrafil Hüseynov” borudüzən barjında və Tofiq Hüseynov adına dalğıc gəmisində də təmir işləri aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.