SİYASƏT
POLŞADA KEÇİRİLƏCƏK BAYRAM TƏDBİRLƏRİNDƏ SOYDAŞLARIMIZ DA İŞTİRAK EDƏCƏKLƏR
Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirə Avropa Birliyinə üzv olan bütün ölkələrin nümayəndə heyətləri qatılacaqlar. Soydaşlarımızın iştirakını isə bu ölkədə fəaliyyət göstərən Azərbaycan Məlumat Mərkəzi və Polşa-Azərbaycan Mədəniyyət Assosiasiyası təmin edəcəkdir. Soydaşlarımız əllərində Azərbaycan bayrağı ilə rəmzi olaraq “Avropa Birliyinin qapısı” adlanan yerdən keçəcəklər.
Bu mərasimdən sonra Varşavada “Azərbaycan: Avropa Birliyinə gedən yol” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Azərbaycan Məlumat Mərkəzinin nümayəndəsi bildirmişdir ki, əsas məqsədimiz ölkəmizi Avropada təbliğ etmək, Azərbaycanla bağlı əsl həqiqətləri ictimaiyyətə çatdırmaq və Polşada yaşayan soydaşlarımızı bir yerə toplamaqdır.