POLŞA “ODESSA-BRODI” LAYİHƏSİNİN GERÇƏKLƏŞDİRİLMƏSİNDƏ MARAQLIDIR
AzerTAg.az
AZƏRTAC-ın Kiyevdəki müxbiri Ukrayna Prezidenti İcra Aparatının İnformasiya siyasəti baş idarəsinin məlumatına istinadla xəbər verir ki, Polşa Respublikasının bu ölkədəki səfirliyinin birinci müşaviri Voytsex Zayonçkovski Kiyevdə keçirilən mətbuat konfransında onun ölkəsinin “Odessa-Brodı” layihəsinin gerçəkləşdirilməsində maraqlı olduğunu vurğulamışdır. Onun sözlərinə görə, bu layihədə başlıca rolu Polşa deyil, Ukrayna oynayır və hər şey onun qərarından asılıdır.
Diplomat onu da bildirmişdir ki, layihənin gerçəkləşdirilməsi bir neçə mərhələyə ayrılır. Birinci mərhələdə neftin nəqlinin bir neçə variantı - onun Slovakiya vasitəsilə Çexiyadakı neft emalı zavodlarına və ya dəmir yolu ilə Polşaya çatdırılması nəzərdə tutulur.
V.Zayonçkovskinin dediyinə görə, layihənin ətraflı işlənilməsi neftin nəqlinin istiqaməti ilə bağlı Ukraynanın qəti qərar qəbul edəcəyi halda mümkündür. Hazırda Ukrayna hökumətinin boru kəmərindən Odessa-Brodı istiqamətində istifadə edilməsi haqqında qərarı qüvvədədir, lakin onun texniki neftlə doldurulması barəsində məlumat yoxdur. Yalnız onu doldurduqdan sonra layihəni işə salmaqdan danışmaq olar.
Xəbərin mətnində orfoqrafik səhv var