DÜNYA
POL ADLI SƏKKİZAYAQLI İLBİZ 2010-CU İL DÜNYA ÇEMPİONATINDA ÜÇ GÖRÜŞÜN NECƏ NƏTİCƏLƏNƏCƏYİNİ ƏVVƏLCƏDƏN DÜZGÜN BİLDİRMİŞDİR
Bakı, 25 iyun (AZƏRTAC). Pol adlı səkkizayaqlı ilbiz 2010-cu il dünya çempionatında Almaniyanın iştirak etdiyi bütün 3 görüşün nəticəsini əvvəldən müəyyənləşdirə bilmişdir.
Almanlar qrup turnirinin yekun qarşılaşmasında Qana yığmasına 1:0 hesabı ilə qalib gəlmişlər. Qarşılaşmadan bir gün əvvəl Almaniyanın Oberhauzen şəhərində saxlanılan İngiltərədə anadan olmuş Pol adlı səkkizayaqlı ilbizin akvariumuna içərisində yem, üzərində Almaniya və Qananın bayraqları təsvir olunmuş iki plastik qutu qoymuşlar. İlbiz Almaniyaya aid qutunu açmaqla qalib ölkəni müəyyənləşdirmişdir.
Səkkizayaqlı ilbiz qrup mərhələsinin birinci və ikinci qarşılaşmalarında da – Almaniyanın Serbiya və Avstraliya üzərində qələbə qazanacağını əvvəlcədən müəyyənləşdirə bilmişdir.
Səkkizayaqlı ilbizin saxlandığı Oberhauzendəki “Sea Life” mərkəzinin nümayəndəsi demişdir: “2008-ci il Avropa çempionatında Polun Almaniya yığmasının keçirdiyi oyunlara dair proqnozları 80 faiz ehtimalla özünü doğrultmuşdur”.