CƏMİYYƏT


PORTUQALİYADA ÜÇ TON KOKAİN TUTULMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Portuqaliya polisi ölkənin paytaxtı Lissabondan 300 kilometr cənubda yerləşən Farqo şəhərində son bir neçə ildə ilk dəfə olaraq rekord miqdarda - 3 ton kokain tutmuşdur.

Polisin apardığı əməliyyat nəticəsində üç niderlandlı və bir ispaniyalı həbs olunmuşdur. Onlar kirayələdikləri maşında hər biri 30 kiloqramlıq 100 kisə kokaini Niderlanda aparmağa cəhd göstərmişlər.

Qaçaqmalçılar polis idarəsinə gətirilmiş və onlar barəsində cinayət işi qaldırılmışdır.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.