İQTİSADİYYAT


POS-terminalların sayı 66 minə çatıb

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayı ötən ilin noyabrında 50 ədəd artaraq dekabrın 1-nə 65 min 912-yə çatıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, POS-terminalların 38 min 602-si Bakıda, 27 min 310-u isə regionlarda olub.

Qeyd edək ki, ötən ilin əvvəli ilə müqayisədə POS-terminalların sayında 441 ədəd artım olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.