İQTİSADİYYAT
POTİ-BAKI-AKTAU-ALMATI KONTEYNER QATARININ DAİMİ FƏALİYYƏTİ ÜÇÜN BAŞ OPERATORLARI TƏYİN OLUNMUŞDUR
Mütəxəssislər yeni marşrut üzrə fəaliyyətə başlayan konteyner qatarının texniki imkanlarını, hərəkət cədvəlini, qiymət tariflərini, eləcə də baş operatorlarının müəyyənləşdirilməsini və onların vəzifələrini müzakirə etmişlər.
Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini İqbal Hüseynov bildirmişdir ki, artıq Bolqarıstan və Çin Xalq Respublikası da bu layihədə iştirak etmək istəyir.
Mütəxəssislər Gürcüstanın “Blask sea transit LTD” və Türkiyənin “Advantage international transport and logistics LTD” şirkətlərinin təkliflərini nəzərdən keçirərək, onların baş operator təyin edilməsi barədə yekdil fikrə gəlmişlər.
Razılaşmaya əsasən, baş operatorlar fevralın 15-nə qədər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, “Qaztransservis” SC və “Transqafqaz” MMC (Azərbaycan) şirkətləri ilə ikitərəfli müqavilələr bağlayacaqlar.
Konteyner qatarının daimi kommersiya əsasında xəttə buraxılması martın 1-dək təmin ediləcəkdir.