İQTİSADİYYAT
POYLU STANSİYASINDA KÜR ÇAYI ÜZƏRİNDƏ İKİNCİ DƏMİR YOLU KÖRPÜSÜ İNŞA EDİLƏCƏKDİR
İndi həmin körpünün tikintisi üzrə texniki-iqtisadi əsaslandırmaya dair sənədlər hazırlanır. TRASEKA proqramı hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, üç il bundan əvvəl Avropa Komissiyasının maliyyə dəstəyi ilə həmin stansiyada bir körpü inşa edilmişdi. Güman edirik ki, ikinci körpünü də bu beynəlxalq təşkilat öz planına daxil edəcək və tikintisini maliyyələşdirəcəkdir.
Həmin stansiyada iki körpünün olması bu ərazidə qatarların fasiləsiz hərəkətinə, boşdayanmaların aradan qalxmasına, yükdaşımaların intensivləşməsinə zəmin yaradacaqdır.