RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik etmiş, Rusiya xalqının rifahı naminə Prezidentlik fəaliyyətində ona yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Prezident Vladimir Putin göstərdiyi diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Hər iki prezident Azərbaycan-Rusiya münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluğunu bildirmiş, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əmin olduqlarını vurğulamışlar.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:46]
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİB
- 24.04.2024 [11:35]