SİYASƏT
PREZİDENT BUŞ ALTI MÜSƏLMAN ÖLKƏSİ İLƏ MÜTTƏFİQ OLMAQ İSTƏYİR
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Corc Buş beş müsəlman ölkəsinin - Əfqanıstan, Əlcəzair, Bəhreyn, İordaniya və Yəmənin liderlərini “Böyük səkkizlik” adlanan dövlətlərin başçılarının iyunun 9-da Corciya ştatında keçiriləcək görüşünə dəvət etmişdir. Bu ölkələr “terrorizmlə müharibədə” ABŞ-ın əsas müttəfiqləridir.
C. Buş “Böyük səkkizliyin” Yaxın Şərqdə siyasi, iqtisadi və sosial azadlığı necə təmin edə biləcəyi məsələsini onlarla müzakirə etmək fikrindədir. Prezident, eyni zamanda, həmin ölkələrin dəvət edilmiş liderlərinin demokratik islahatlar aparılması ilə bağlı təkliflərini eşidəcəyinə əmindir.
İyunun 8-dən 10-dək keçiriləcək zirvə toplantısı islam dünyasında siyasi və iqtisadi islahatlar aparılmasına digər aparıcı ölkələri cəlb etmək üçün Buş hökumətinin göstərdiyi səylərin bir hissəsidir.