SİYASƏT


PREZİDENT EDUARD ŞEVARDNADZE BATUMİYƏ GETMİŞDİR

Mixail Saakaşvili, Nino Burcanadze və Zurab Jvaniyanın şənbə günündən Gürcüstan parlamenti binası qarşısında təşkil etdikləri mitinq yenə davam edir. İqtidar isə vəziyyəti sabitləşdirmək üçün bütün imkanlardan istifadə etməyə çalışır və ölkənin mənafeyi naminə, vətəndaş qarşıdurmasına yol verilməməsi üçün müxalifətlə danışıqlara hazır olduğunu bildirir. Bazar günü səhər tezdən Prezident Eduard Şevardnadze mitinqçilərlə görüşməkdən ötrü parlament binası qarşısına gəlmiş, lakin mitinqçilər dövlət başçısına çıxış etmək imkanı verməmişlər. E.Şevardnadze burada parlamentin sədri Nino Burcanadze ilə görüşüb qısa söhbət etmişdir.

Elə həmin gün Prezident Krtsanisidəki hökumət iqamətgahında Mixail Saakaşvili, Nino Burcanadze və Zurab Jvaniya ilə danışıqlar aparmışdır. Danışıqlar gecədən xeyli keçənədək davam etsə də, müxalifət liderləri onun nəticəsindən razı qalmadıqlarını bildirmiş, mitinqçiləri onların tələbi ödənilməyincə parlament binasının qarşısını tərk etməməyə çağırmışlar.

Noyabrın 10-da Prezident Eduard Şevardnadze Batumiyə getmişdir, oradan sonra Sameqrelo bölgəsinə səfər edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.