Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV BAKININ “20 YANVAR” DAİRƏSİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ UCALDILMIŞ ABİDƏ KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV BAKININ “20 YANVAR” DAİRƏSİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ UCALDILMIŞ ABİDƏ KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı abidənin üzərindən örtüyü götürdü.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Məlumat verildi ki, metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin inşasına ötən ilin oktyabrında başlanılmışdır. Memorial kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Kompleksin divarı Afrika və Ukraynadan gətirilmiş qranit plitə ilə üzlənmişdir. Abidənin ətrafındakı meydana da qranit plitə döşənmişdir. Layihəyə əsasən, abidənin arxa hissəsindəki park abadlaşdırılmış, kompleksin qarşısında müasir işıqlandırma sistemi quraşdırılmışdır. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılmışdır. Kompleksin memarı Ədalət Məmmədov, abidənin heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.

Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə həkk olunmuşdur. Postament üzərində isə “20 Yanvar şəhidlərinin əziz xatirəsinə” sözləri yazılmışdır.

Dövlətimizin başçısı açılış mərasiminə toplaşmış Yasamal rayonu ictimaiyyətinin nümayəndələri və 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb söhbət etdi. Prezident İlham ƏLİYEV dedi:

- O dəhşətli gündən 20 il keçir. İyirmi il ərzində şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır. Məhz hər il yanvarın 20-də Şəhidlər xiyabanına insan axını bunu aydın göstərir. İyirmi il ərzində Azərbaycan xalqı əziz şəhidlərimizin ruhu qarşısında baş əyir.

Bu qanlı faciə, deyə bilərəm ki, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi.

Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi.

Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi.

20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Sovet İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik, həm iqtisadi cəhətdən, eyni zamanda, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir.

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Mən o dəhşətli gündə yaxınlarını itirmiş bütün insanlara bir daha başsağlığı verirəm. Şəhidlərimizin ruhu əbədi yaşayacaq və yaşamalıdır.

Göstərdiyi diqqət və qayğıya görə şəhid ailələri adından dövlətimizin başçısına minnətdarlıq edən Yusif BÜNYADZADƏ dedi:

- Möhtərəm Prezident, mən şəhid ailələri adından Sizə çox dərin minnətdarlığımızı bildirirəm. Bu abidə faciənin iyirmi illiyi ərəfəsində şəhid ailələrinə ən yaxşı töhfədir. Biz bilirik ki, bu monumental əsərin, bu kompozisiyanın ideyasını detallarına qədər Siz özünüz işləyib veribsiniz. Onda olan o ağır siqlət hamımızı sıxır, hamımızı aşağı çökməyə məcbur edir. Ancaq, eyni zamanda, biz qürur hissi keçiririk. Eyni zamanda, Sizə bir daha təşəkkür edirik.

Prezident İlham ƏLİYEV:

-Həyat göstərir ki, bu faciəni heç kim unutmur, Azərbaycan xalqı unutmur. Baxmayaraq ki, üstündən 20 il vaxt keçib. Baxmayaraq ki, bu illər ərzində yeni nəsil yetişir, uşaqlar, yeniyetmələr, hansılar ki, o günləri görməyiblər, yəni o vaxt yaşamayıblar. Amma onlar da bu ağır günlərdə bizim kimi, sizin kimi, öz doğmalarını itirən adamlar kimi eyni hissləri keçirirlər. Onlar da daim tariximizin bu həm faciəvi, həm qəhrəmanlıq səhifəsini qəlblərində yaşatmalıdırlar. Allah sizə cansağlığı, uzun ömür versin.

Şəhid ailələri bir daha dövlətimizin başçısına minnətdarlıq etdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Klublararası dünya çempionatında final: PSJ “Çelsi”yə qarşı

Ziyafət Əsgərov: Azərbaycan ilə Çin arasında əlaqələrin miqyası çox genişlənib

Bu gün Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 99 il ötür

Keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın səfəri Azərbaycan-Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək - ŞƏRH

Bu gün görkəmli kinooperator Rasim İsmayılovun doğum günüdür

Tramp sui-qəsd cəhdinin təhqiqatından məmnun olduğunu bildirib

Maka Boçorişvili: Azərbaycan, Türkiyə və Gürcüstan regionun inkişafında mühüm rol oynayırlar

Körfəz Əməkdaşlıq Şurası ölkələrində əhali sürətlə artıb

Bu gün 34 mindən çox abituriyent imtahan verəcək

“Tiencou-9” 6,5 ton yükü Çinin kosmik stansiyasına çatdıracaq

Gəncə Dövlət Milli Dram Teatrı “Beşinci Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı”nda iştirak edib

Deputat: Əbu-Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

Karnak və Morbihan sahillərinin meqalitləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib

Cənubi Koreyada tibb tələbələrinin 17 aylıq boykotu başa çatır

İtaliya hökuməti: Qütbləşmədən tariflərlə bağlı danışıqları davam etdirmək vacibdir

Gürcü politoloq: Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü sülhün nə qədər yaxın olduğunu göstərir

CBS: Tramp Ukraynaya silah ötürmək üçün pul ayırmağı düşünür

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib

Avropa İttifaqı ABŞ Prezidentinin yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarına sərt reaksiya verib

Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var

Şəkidə biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb

İtalyan mafiya başçısı Kolumbiyada beynəlxalq əməliyyat çərçivəsində yaxalanıb

Türkiyəli politoloq: Cənubi Qafqazda kommunikasiyaların bərpası Türkiyə iqtisadiyyatı üçün stimul olacaq

Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Trabzonspor” qapıçısı ilə vidalaşıb

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub VİDEO

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub VİDEO

MEDİA: Bir sıra sosial şəbəkələrdə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin adlarından yayılan xəbərlər feykdir

Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb

UNESCO Bavariya Kralı II Ludviqin məşhur Noyşvanştayn və daha üç sarayını Dünya Mədəni İrs Siyahısına daxil edib

Deputat: Dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı qurması regional sabitliyə və iqtisadi inkişafa xidmət edəcək ŞƏRH

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir VİDEO

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir VİDEO

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir VİDEO

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir VİDEO

Hindistanda polis mağarada rus qadını və onun 2 qızını tapıb

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum VİDEO

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum VİDEO

Bu gün Bakının 549 küçəsi yuyulub

Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri başa çatıb

Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüş keçirilib

Azərbaycanla Suriya arasındakı münasibətlərin bərpası hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir - ŞƏRH

ABŞ yenidən müharibənin tərəfinə çevrilir

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ VİDEO

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ VİDEO

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub VİDEO

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub VİDEO

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır - ekspert

Rəsmi Bakının siyasi iradəsi ilə Əbu-Dabidə keçirilən görüş sülhə doğru atılmış mühüm addımdır – ŞƏRH

Əbu-Dabidə mühüm görüş: Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə keçir

Azərbaycanlı doktorant Çində yay məktəbində yeganə əcnəbi kimi iştirak edib

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB  VİDEO

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB VİDEO

"Kəpəz" müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb

Avstraliyada 12 gündür itkin düşən alman turist sağ tapılıb

Əbu-Dabi görüşünün ikitərəfli formatda keçirilməsi Azərbaycanın prinsipial mövqeyinin təzahürüdür – RƏY

ABŞ Suriyanın hər hansı şəkildə bölünməsinə və ya federallaşmasına qarşıdır

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib

Media: Pxenyan ilə Pekin arasında sərnişin qatarlarının fəaliyyəti bərpa olunur

Azərbaycanlı səyyah: bu günədək işğaldan azad olunan ərazilərə 500-dən çox beynəlxalq səyyah səfər edib VİDEO

Azərbaycanlı səyyah: bu günədək işğaldan azad olunan ərazilərə 500-dən çox beynəlxalq səyyah səfər edib VİDEO

Ərdoğanın yeni uğuru: PKK terrorçuları tərk-silah yolunda - TƏHLİL

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib

SOCAR ilə Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

Reyn çayında suyun temperaturu 2100-cü ilədək 4,2 dərəcəyə qədər arta bilər

“Məhəmməd Füzuli. Biblioqrafiya” və “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat olub

Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Milli Kitabxanada “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı kitab sərgisi açılıb

Türkiyədə meşə yanğını səbəbindən iki məhəllə boşaldılıb

Atlantik okeanında nanoplastiklərin yüksək konsentrasiyası aşkarlanıb

“Bayer Leverkusen” klubu ABŞ millisinin üzvünü rekord məbləğə transfer edib

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib

Pekində qlobal sivilizasiyalar dialoqu üzrə nazirlər toplantısı keçirilib

“Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun ilkin siyahısına salınması mühüm addımdır

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB  VİDEO

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB VİDEO

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

FHN isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Media: Rusiya xarici işlər nazirinin KXDR-ə səfəri başlayıb

Dünya Seriyası: Azərbaycan basketbol millisi Sinqapur yığmasına qalib gəlib

Şanxay Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Tiencində toplaşacaq

Dehlidə yaşayış binası çöküb: ölənlər və itkin düşənlər var

Avropa birinciliyi: Azərbaycanın 5 boksçusu yarımfinala yüksəlib

Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

FHN-in Şimal Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi təşkil edib

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib

Əbu-Dabi görüşünün uğurları Azərbaycan Liderinin qətiyyətinin nəticəsidir - ŞƏRH

Sumqayıtda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Paytaxt küçələri yenidən yuyulub

Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib

Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb VİDEO

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb VİDEO

Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bakıda "Yeddi Gözəl” İpək Kəlağayı Kolleksiyasının təqdimatı olub

Hər foto bir dövrün izini qoyur - Ümumdünya Fotoqraflar Günündə peşəkar fotoqrafla SÖHBƏT

Beyləqanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb