RƏSMİ XRONİKA


PREZİDENT JAK ŞİRAK AZƏRBAYCAN DÖVLƏTİBAŞÇISININ FRANSAYA SƏFƏRİNDƏNMƏMNUNLUĞUNU BİLDİRİR

Azərbaycan Prezidentinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dövlətimizin başçısı İlham Əliyev yanvarın 26-da Fransa Prezidenti Jak Şirakdan məktub almışdır. Məktubda deyilir:

“Parisə səfəriniz başa çatdıqdan sonra, istərdim, bu ilk xarici səfəriniz zamanı Sizi qəbul etməkdən nə qədər məmnun olduğumu bildirim. Bu səfərinizi mən dostluq və inam dolu bir addım kimi qiymətləndirir və buna xüsusi həssaslıqla yanaşıram.

Atanızın həyatına həsr olunmuş fotoşəkillər kitabını vərəqləyərkən, onunla dostcasına apardığımız söhbətlərimizlə bağlı xatirələr yadıma düşdü. Şübhə etmirəm ki, Heydər Əliyev Azərbaycan və Fransa arasında olan möhkəm münasibətlərin həmin gün apardığımız söhbətlər vasitəsilə davam etdiyini görməkdən razı qalardı”.

Daha sonra cənab Jak Şirak Azərbaycan Prezidenti İlham Əliyevə çox yüksək hörmət və ehtiramını bir daha ifadə edərək, onu Fransada yenidən görməyə ümid bəslədiyini bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin