SİYASƏT
PREZİDENT KENNEDİ AĞ EVDƏ HAZIRLANMIŞ SUİ-QƏSDİN QURBANI OLMUŞDUR?
Estes iddia edir ki, Con Kennedini aradan götürmək əmrini şəxsən Lindon Conson vermişdir.
Texaslı Estes mürəkkəb və dramatik ömür sürmüş, böyük varidat sahibi olmuş, sonradan müflisləşmiş və həbsxanaya düşmüşdür. Müəllif yazır ki, o, Lindon Consonun köməkçisi Kliff Karterin köməyi ilə iri maliyyə ianələri hesabına nəinki vitse-prezidentin yaxın əhatəsinə daxil olmuş, həm də onun bir sıra sirlərini öyrənmişdir.
Billi Estesin dediyinə görə, korrupsiyaya qurşanması barədə şübhələrə görə Lindon Conson istefa təhlükəsi ilə üzləşdikdə, Con Kennedi aradan götürülmüşdür. Lindon Consonun istefasına Prezidentin qardaşı, ədliyyə naziri Robert Kennedi çalışırmış. Nəticədə, Texas klanı Kennedini aradan götürmək qərarına gəlmiş və bu qərar gizli sui-qəsd nəticəsində yerinə yetirilmişdir. Estes iddia edir ki, bu fərziyyəni Kliff Karterin ölümündən bir neçə saat əvvəlki bəyanatı da təsdiqləyir. Bəyanatın maqnitofon yazısı “etibarlı yerdə” saxlanılır.