SİYASƏT
PREZİDENT VLADİMİR PUTİN AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDA XƏZƏR DƏNİZİNİN DİBİNİN HƏMHÜDUD SAHƏLƏRİNİN BÖLÜNMƏSİ HAQQINDA SAZİŞİN RATİFİKASİYA EDİLMƏSİ BARƏDƏ QANUNU İMZALAMIŞDIR
İyulun 3-də Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyası ilə Azərbaycan Respubikası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Sazişin ratifikasiya edilməsi barədə” federal qanunu imzalamışdır. AZƏRTAC-ın müxbiri Rusiya Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Sazişi iyunun 18-də Dövlət Duması qəbul etmiş, iyunun 25-də isə RF Federasiya Şurası bəyənmişdir. Xatırladaq ki, bu Saziş 2002-ci il sentyabrın 23-də Moskvada Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səfəri zamanı imzalanmış, bu gündən isə qüvvəyə minmiş və Rusiya Federasiyasının federal qanunu statusuna malikdir. Dövlətlərarası sənəd mineral ehtiyatlar və yerin təkindən istifadə ilə bağlı digər qanuni təsərrüfat-iqtisadi fəaliyyət barəsində suveren hüquqların həyata keçirilməsi qaydalarını tənzimləyir.