İDMAN


PROKUROR RUSİYA KOMANDASININ BAŞ MƏŞQÇİSİNƏ 10 AYLIQ HƏBS CƏZASI TƏLƏB ETMİŞDİR

AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, Rusiya yığma futbol komandasının baş məşqçisi Quus Hiddinkin vergi ödəməkdən yayınması işi üzrə fevralın 6-da Hollandiyanın Den Bos şəhərində keçirilməş məhkəmə iclasında prokuror onun üçün 10 aylıq həbs cəzası kəsilməsini tələb etmişdir.
Prokurorluğun nümayəndələri bildirmişlər ki, Rusiya yığmasının məşqçisi 2002-2003-cü illərdə Hollandiya xəzinəsinə 1,4 milyon avro (1,8 milyon dollar) ödəməmişdir. Hiddink iddia edir ki, həmin dövrdə Belçikada yaşamış və bu ölkənin xəzinəsinə vergi ödəmişdir. Əslində isə o, göstərilən dövrdə Hollandiyanın Eyndhoven şəhərində yaşamışdır.
Milli qanunvericiliyə görə, vergilərin ödənilməsindən yayınma üstündə 6 ilədək həbs cəzası kəsilə bilər.
Hiddinkin vəkilləri onun təqsirkar olmadığı barədə sübutları fevralın 12-dək təqdim etməlidirlər. Rusiya yığmasının baş məşqçisi barədə qəti qərar fevralın 25-də çıxarılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.