İQTİSADİYYAT


PROQNOZA 108,1 FAİZ ƏMƏL EDİLMİŞDİR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yanvar-fevral aylarında “Azneftyağ” neft emalı zavodunda 503,64 min ton xam neft emal olunmuş, proqnoz 108,1 faiz yerinə yetirilmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 37,64 min ton artmışdır.
Emal edilmiş neft məhsulunun əsas hissəsini benzin, ağ neft, dizel yanacağı, soba mazutu, neft bitumu və koksu, sürtkü yağları, mühərrik yanacağı və sair təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.