İQTİSADİYYAT
PROQNOZA 112,2 FAİZ ƏMƏL EDİLMİŞDİR
“Salyanoyl” Azərbaycan-Çin əməliyyat şirkətindən AZƏRTAC-a bildirmişlər ki, kollektiv yanvar-sentyabr aylarında nəzərdə tutulduğundan 24 min 927 ton çox, yəni 247 min 827 ton neft təhvil verməklə 9 aylıq proqnoza 112,2 faiz əməl etmişdir.
Gündə orta hesabla 908 ton neft təhvil verilmişdir.
Bu il müəssisənin əsaslı xərcləri 50 milyon ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir. Bunun əsas hissəsi yeni kəşfiyyat quyularının qazılmasına və “Kürsəngi”, “Qarabağlı”, “Babazanı” neft yataqlarında istismar işlərinin aparılmasına sərf ediləcəkdir.
Yataqda çıxarılması mümkün olan 100 milyon ton neft ehtiyatı olduğu proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:03]
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]