İDMAN


PSJ “Roma”nın müdafiəçisini icarəyə götürüb

Bakı, 12 sentyabr, AZƏRTAC

Fransanın “Paris Sen-Jermen” futbol klubu heyətinə yeni müdafiəçi cəlb edib.

AZƏRTAC xəbər verir ki, Paris təmsilçisi İtaliyanın “Roma” komandasının müdafiəçisi Alessandro Florenzini 2020-2021-ci il mövsümünün sonunadək icarəyə götürüb. “Paris Sen-Jermen”in 29 yaşlı oyunçu üçün 500 min avro icarə haqqı ödəyib. Klub mövsümün sonunda 9 milyon avro ödəyərək italiyalı futbolçunu birdəfəlik almaq hüququna malikdir.

Qeyd edək ki, Florenzi yeni klubunda 24 nömrəli formanı geyinəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.