İDMAN


PSJ klubu Anxel Di Mariya ilə yeni müqavilə imzalayıb

Bakı, 1 noyabr, Nicat Məmmədov, AZƏRTAC 

Fransanın PSJ klubu futbolçu Anxel Di Mariya ilə yeni müqavilə bağlayıb.

AZƏRTAC xəbər verir ki, 30 yaşlı futbolçu daha üç il PSJ klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

“Çox sevinirəm ki, klub ilə müqaviləni uzada bildim. Mən karyeramın üç gözəl illərini məhz bu klubda keçirmişəm. Burada mənim gözəl oyun göstərmək üçün hər cur şəraitim var. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə Anxel Di Mariya bildirib.

Qeyd edək, hücuma meyilli argentinalı yarımmüdafiəçi PSJ klubunda 150 dəfə meydana start heyətdə çıxıb, 57 dəfə fərqlənib. A.Di Mariyanın hesabında 58 məhsuldar ötürmə var. O, PSJ heyətində üç dəfə Fransa liqasını və Fransa kubokunu, həmçinin iki dəfə Fransa Super kubokunu qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.