İDMAN


PSJ klubu Çin şirkəti ilə 3,5 illik müqavilə imzalayıb

Bakı, 14 mart, AZƏRTAC

Fransanın PSJ futbol klubu Avropanın hüdudlarından kənarda sponsor axtarışını davam etdirir.

AZƏRTAC AFP agentliyinə istinadla xəbər verir ki, maliyyə fair-play təhlükəsi ilə üzləşən Paris təmsilçisi nəhəng Çin şirkəti olan “Desports” ilə müqavilə imzalayıb.

Şirkət klubun Çində və Honkonqda lisenziya hüquqlarının idarə edilməsi və marketinqi ilə məşğul olacaq.

Qeyd edək ki, klub ilə Çin şirkəti arasında 3,5 illik müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.