İDMAN


PSJ klubu futbolçusu Keylor Navas ilə müqaviləsini yeniləyib

Bakı, 27 aprel, AZƏRTAC

Fransanın PSJ klubu futbolçusu Keylor Navas ilə müqaviləsini yeniləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paris təmsilçisi 34 yaşlı qapıçı ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.

2019-cu ildən PSJ-də çıxış edən Navas bu mövsüm 37 oyunda 28 qol buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.