İDMAN


PSJ-nin hücumçusu Kilian Mbappe 13 dəqiqəyə poker edib

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də futbol üzrə Fransa çempionatının 9-cu turunun son oyununda PSJ klubu öz meydanında “Lion” kollektivini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Parislilərin heyətində Kilian Mbappe 4 dəfə fərqlənib. O, 13 dəqiqə ərzində poker edib. Digər qola isə braziliyalı hücumçu Neymar imza atıb.

Beləliklə, PSJ I Liqada ardıcıl 9-cu qələbəsini qazanıb və vahid liderdir. “Lion” isə 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.