İDMAN


PSJ-nin müdafiəçisi Markinyos adını Çempionlar Liqasının tarixinə yazdırıb

Bakı, 29 aprel, AZƏRTAC

Fransanın PSJ klubunun müdafiəçisi Markinyos adını Çempionlar Liqasının tarixinə yazdırıb.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı futbolçu “Mançester Siti”i ilə oyunda (1:2) rəqib qapısına yol tapa bilib. Bununla da, o, tarixdə ardıcıl iki və ya daha çox mövsüm dörddəbir və yarımfinal mərhələlərində qol vuran üçüncü futbolçu olub.

Braziliyalı ulduz bu göstəricidə Kriştiano Ronaldo (2011-12, 2012-13, 2013-14) və Antuan Qrizmannın (2015-16, 2016-17) uğurunu təkrarlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.